• Bakı C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Nikol aranı qatdı, Batya Putinə zəng etdi

DÜNYA

02 Mart 2024 | 21:13

Nikol aranı qatdı, Batya Putinə zəng etdi

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus lideri məlumat yayıb.

O bildirib ki, Putinlə inteqrasiya strukturlarının - Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işinə dair məsələləri müzakirə ediblər.

Beynəlxalq vəziyyətin əsas aspektlərinə də toxunulub.

Prezidentlər Kazanda keçirilmiş görüş və İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası da daxil olmaqla, əvvəlki tədbirlərin və ən yüksək səviyyədəki təmasların nəticələrinə yekun vurublar.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin KTMT-də fəaliyyətini dondurduğunu bəyan etməsi Rusiyanı ciddi narahat edib.


SON XƏBƏRLƏR

26 Dekabr 2024