• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yaponiyada dünyanın ən yaşlı pandası ölüb

DÜNYA

01 Aprel 2024 | 20:28 | Müəllif: Subhan Mahmudov

Yaponiyada dünyanın ən yaşlı pandası ölüb

1995-ci ildə Çində doğulan və 2000-ci ilin yayından Yaponiyadakı Kobe zooparkında saxlanılan Tan-Tan adlı panda 28 yaşında ölüb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə zoopark administrasiyası məlumat yayıb.

Qeyd olunur ki, 2024-cü ilin martında keçirilən müntəzəm yoxlama zamanı bambuk ayısında ürək xəstəliyi aşkar edilib. Zooloqların fikrincə, bir panda üçün 28 il insan ömrünün 100 ilinə bərabərdir. Tan-Tan 23,5 ilini Kobe zooparkında keçirib.

Əvvəlcə pandanın 2020-ci ildə - Yaponiya zooparkında qalması ilə bağlı icarə müddəti bitdikdən sonra Çinə qayıdacağı güman edilirdi, lakin koronavirus pandemiyası və Yaponiya ilə Çin arasında birbaşa uçuşların ləğvi səbəbindən geri dönüş təxirə salınmalı olmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026