• Bakı C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Növbəti delimitasiya danışıqları gedir - Simonyan

SİYASƏT

04 Noyabr 2024 | 16:32

Növbəti delimitasiya danışıqları gedir - Simonyan

Ermənistan və Azərbaycan Tavuş istiqamətində delimitasiya başa çatdıqdan sonra tərəflərin bu prosesi hansı sahədə davam etdirəcəklərini müzakirə edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində deyib. O, Ermənistan və Azərbaycanın delimitasiya  komissiyalarının əsasnaməsinə istinad edərək bildirib:

“Hesab edirəm ki, bu sənədin mövcudluğu həm Ermənistan, həm də Azərbaycan üçün böyük qələbədir. Bu, ikitərəfli qələbədir. Eyni zamanda Ermənistan və Azərbaycan arasında ilk dövlətlərarası sənəddir və onun həyata keçirilməsi həm Ermənistanın, həm də Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir. Biz bu istimqaətdə irəliləyəcəyik”.

Simonyan ümid edir ki, proses müsbət məcrada keçəcək. Parlament sədri "indi delimitasiyaya harda davam etmək barədə müzakirələr gedir" deyib. O, sərhədin bərpasının vacib məsələ olduğunu vurğulayıb.
Simonyan Ermənistan və Azərbaycan liderlərinin Kazanda keçirilən görüşünə toxunaraq deyib:  "Müzakirə olunan məsələlər eynidir: sülhün bərqərar olması, kommunikasiyaların açılması və əsirlər məsələsinin müzakirəsi".


SON XƏBƏRLƏR