• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - FOTO

CƏMİYYƏT

06 Avqust 2024 | 10:14 | Müəllif: Əli Hüseynov

Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində növbəti “Ehtiyat zabit hazırlığı” kursunun başa çatması münasibətilə mərasim keçirilib.

Bakıvaxtı.az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Mərasimdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.

Kursu bitirən hərbi qulluqçular təhsil müddətində onlar üçün yaradılan şərait və təhsil prosesindən razılıqlarını bildirib, göstərilən etimadı doğrultmaq üçün qazandıqları bilik və bacarıqları gələcək xidmətlərində inamla tətbiq edəcəklərinə, Azərbaycan Ordusunun hərbi qulluqçusu adını şərəflə daşıyacaqlarına söz veriblər.

Sonda yaş kötüyünə simvol vurulub, məzunlara sertifikatlar təqdim olunub.


Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - FOTONövbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - FOTONövbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026