Noyabr ayında qeyri-iş günlərinin sayı məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanda gələn ay 4 gün ardıcıl iş olmayacaq.
Qeyd edək ki, Azərbaycanda 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Baş nazir Əli Əsədovun qərarı ilə 2022-ci il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib. Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən, qeyri-iş günüdür.
Beləliklə, noyabrın 6, 7, 8 və 9-da ölkədə qeyri-iş günü olacaq.
İbRa
















