Müğənni Yaşar Cəlilov birgə çalışdığı, aparıcı Vüsalə Kərimova ilə bağlı maraqlı açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, müğənni "7 Canlı" verilişində var-dövləti əmanət etməklə bağlı danışıb.
O, prodüsseri Natiqlə, Vüsalə Kərimova arasında seçim edib. "Hər ikisinə güvənirəm. Var dövlətimin yarısını Natiqə, yarısını Vüsaləyə verə bilərəm. Ancaq, yəqin ki, Natiq inciməz Vüsaləni seçirəm. Həmişə demişəm Natiq elə bir oğlandır ki, ev-eşiyini, arvad-uşağını təhvil ver get. O, elə bir oğlandır. Lakin obyektlərimdən biri Vüsalə xanımın adınadır. Ona etibar etmişəm",- deyə müğənni qeyd edib.
İki xanım prodüserlə bağlı "Hansı ilə çalışarsınız" sualına isə Yaşar "Gərək Vüsalə rəhmətə getsin ki, bu xanımlardan biri ilə çalışım" deyə cavab verib.
Xəyalə Rza
















