Rusiya Silahlı Qüvvələri gecə saatlarında Odessa vilayətinə hücum edib.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir kii, bu barədə Odessa Vilayət Hərbi Administrasiyası yanında İctimai Şuranın rəhbəri Sergey Bratçuk bildirib.
Onun sözlərinə görə, qarşı tərəf Odessaya 3 dəfə 15 "Şahed", 8 ədəd "Kalibr" tipli dəniz qanadlı raketlərlə hücum edib. Hər üç hücum hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf edilib.
Qeyd olunur ki, Rusiyanın Odessanın mərkəzinə atdığı raketlərin vurulması nəticəsində təhsil müəssisələrindən birinin yataqxanası və supermarket dağıntılar altında qalıb, yanğınlar başlayıb. Xilasedicilər hələ də onların aradan qaldırılması üzərində işləyirlər.
Həmçinin partlayış dalğasından bir neçə binanın pəncərələri və eyvanları zədələnib, yaxınlıqdakı avtomobillərə ziyan dəyib.
Murad Məmmədli



















