• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Oğlu qəza törədən Arif Hacılıdan AÇIQLAMA - VİDEO

CƏMİYYƏT

20 Oktyabr 2023 | 18:27 | Müəllif: Subhan Mahmudov

Oğlu qəza törədən Arif Hacılıdan AÇIQLAMA - VİDEO

Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunub. “Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir.

Məlumata görə, Orxan Hacılı hadisəni törədəndən sonra hadisə yerindən yayınıb.

Müsavat başqanı Arif Hacılı belə bir hadisənin baş verdiyini deyib:

"Şükürlər olsun ki, qəza nəticəsində xəsarət alan, ziyan çəkən olmayıb. Yəqin ki, araşdırılacaq və müvafiq qərar qəbul olunacaq".

A.Hacılı oğlunun sərxoş olması, qəzadan sonra yayınması barədə verilən məlumatların əsassız olduğunu açıqlayıb:

"Oğlum qəzadan sonra iki dəfə polis idarəsində olub, təxminən bir həftədir ki, sənədləri də ordadır".

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026