• Bakı 19° C

    2.99 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Oğlu şantaj edilən ananın şikayəti ilə - Həbs olundular

HADİSƏ

22 Aprel 2025 | 14:57

Oğlu şantaj edilən ananın şikayəti ilə - Həbs olundular

Mingəçevirdə vətəndaşa hədə-qorxu gələrək xeyli pul alan şəxslər tutulublar.

Bakıvaxtı.az xəbər verir ki, şəhər sakini polisə müraciət edərək iki nəfər şəxsin onun oğlu barəsində sosial şəbəkələrdə videogörüntülər yayacaqları ilə hədələdiklərini və bu yolla 6 min avro pulunu ələ keçirdiklərini bildirib.

Mingəçevir Şəhər Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Ceyhun Mayılov və 41 yaşlı Əziz Əlili saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, hər 2 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

19 May 2025