• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Ölən 32 yaşlı polis qidadan zəhərlənməyibmiş

CƏMİYYƏT

25 May 2023 | 17:08

Ölən 32 yaşlı polis qidadan zəhərlənməyibmiş

Mayın 24-ü axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayevin səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilməsi və daha sonra həyatını itirməsi ilə bağlı mediyada yayılmış məlumat AQTA tərəfindən araşdırılıb.

Bakıvaxtı.az-ın APA-ya istinadən xəbərinə görə, AQTA-dan bildirilib ki, araşdırma zamanı hadisənin qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən olunub.

Qeyd edək ki, mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib. DİN-in Mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.
S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.


SON XƏBƏRLƏR

25 Aprel 2024