• Bakı 29° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8254

    RUB - 0.0212

Ölkədə fövqəladə vəziyyət elan edildi

DÜNYA

20 Mart 2023 | 14:12

Ölkədə fövqəladə vəziyyət elan edildi

Küveytin “Kuwait Oil Company” (KOCKW) şirkəti ölkənin qərbində baş verən neft sızması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətin "Twitter"səhifəsində məlumat verilib.

Şirkətin mətbuat katibi Husay Əl-Həmərin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb, qəza yerində zəhərli qazların təhlükəli konsentrasiyası aşkar edilməyib.

Neft hasilatının adi rejimdə davam etdirildiyi bildirilir. Qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, Küveyt OPEC-ə üzv ölkələr arasında ən böyük neft istehsalçısından biridir.


SON XƏBƏRLƏR

29 May 2023