Azərbaycanda yeni kilsə qeydiyyata alınıb.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycanda İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi (Mormon kilsəsi) dini icması Komitədə rəsmi dövlət qeydiyyatına alınıb.
















