• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Omikron”a yoluxma şəraiti tam dəqiqliklə hesablandı

DÜNYA

04 Fevral 2022 | 08:52 | Müəllif: Qalib İbrahimoğlu

“Omikron”a yoluxma şəraiti tam dəqiqliklə hesablandı

Yaponiya Dövlət Təbii Elmlər İnstitutunun (RIKEN) alimləri dünyanın ən sürətli “Fuqaku” superkompüteri vasitəsilə insanların koronavirusun “omikron” ştamına yoluxması üçün lazım olan şəraiti 100 faiz dəqiqliklə hesablayıblar.

Bakıvaxtı.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “Yomiuri Shimbun” qəzeti məlumat yayıb. Bildirilir ki, əldə edilən nəticəyə görə ştamın daşıyıcısı olan şəxsin maska geyməməsi və sağlam insanla 50 santimetrdən yaxın məsafədə ünsiyyətdə olması “omikron”nun tam yoluxması üçün kifayətdir.

Qeyd edilir ki, ştamın daşıyıcısı olan şəxs maska taxdıqda onun müsahibini yoluxdurması ehtiamlı söhbət bir saata yaxın davam etsə belə 10 faizə qədər düşür.

Alimlər, həmçinin bildiriblər ki, virusa yoluxmuş şəxs maska taxmamışsa, bir metr məsafədə olsa belə 15 dəqiqədən sonra xəstəliyi həmsöhbətinə ötürmüş olur. Yox, əgər həmin şəxs maska taxmışsa, bu zaman yoluxma ehtimalı sıfıra bərabərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026