• Bakı 30° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Onlara stajorluq və sınaq müddəti müəyyən edilməyəcək

CƏMİYYƏT

29 Noyabr 2024 | 12:38

Onlara stajorluq və sınaq müddəti müəyyən edilməyəcək

Prokurorluğa qulluğa qəbul zamanı elmlər doktoru elmi dərəcəsi olan şəxslər üçün stajorluq və sınaq müddəti müəyyən edilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Əsasnaməyə edilən dəyişiklikdə öz əksini tapıb.

Həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, prokurorluq orqanlarında daimi qulluğa qəbul ediləcəklər.

Layihə səsverməyə qoyularaq  III oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2025