• Bakı 10° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

OPEC-ə yeni baş katib seçildi

İQTİSADİYYAT

03 Yanvar 2022 | 18:35

OPEC-ə yeni baş katib seçildi

OPEC ölkələrinin nazirləri xüsusi videokonfrans vasitəsi ilə Küveytdən olan Haysam əl-Qaysı 2022-ci ilin avqustundan OPEC-in baş katibi vəzifəsinə seçiblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a mənbəsi bildirib.

Əl-Qays bu postda nigeriyalı Məhəmməd Barkindonu əvəzləyəcək. Sonuncu bu vəzifəyə 2016-cı ildə təyin olunub. Onun ikinci səlahiyyət müddəti 2022-ci ilin iyulunda başa çatır. OPEC-in nizamnaməsinə görə, baş katib üç il müddətinə seçilir və yalnız bir dəfə yenidən seçilə bilər.

Qeyd edək ki, Haysam əl-Qays bu posta yeganə namizəd idi. San-Fransisko Universitetinin məzunu olan yeni baş katib neft şirkətlərində və Küveytin Xarici İşlər nazirliyində çalışıb. O, 6 dildə sərbəst danışır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR