2022-ci il fevralın 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7,07 milyard dollar təşkil edib.
Bakıvaxtı.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, bu göstərici ötən ilin əvvəli ilə müqayisədə 11,1 faiz artıqdır.
Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 0,05 faiz və ya 0,003 milyard dollar azalıb.(trend)
















