• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

OPEC+ neft hasilatını kəskin artırır

İQTİSADİYYAT

03 Iyun 2022 | 08:51 | Müəllif: Qalib İbrahimoğlu

OPEC+ neft hasilatını kəskin artırır

OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ formatı yay aylarında neft hasilatını ciddi şəkildə artıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərar OPEC+ nazirlərinin 29-cu iclasında qəbul olunub.

Videoformatda keçirilən iclasda iyul və avqust aylarında gündəlik əlavə hasilatın 650 min barrel təşkil ediləcəyi razılaşdırılıb. İyun ayı üçün bu göstərici 430 min barrel təşkil edir.

Qeyd edək ki, OPEC+ bu qərarı mühüm iqtisadi məkanlarda pandemiyaya görə tətbiq edilən lokdaunların aradan qaldırılması və neftayırma zavodlarının mövsümi tələbatının artımı ilə izah edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026