“Axrıncı dəfə yoldaşımla Amerika Birləşmiş Ştatlarına getmişik”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri xanəndə Almaxanım Əhmədli “Elcanlı” axşam şousunda deyib.
Proqramın aparıcısı Elcan Rəsulov yoldaşı ilə birlikdə blogerlik edən sənətçidən növbəti dəfə hansı ölkəyə gedəcəklərini soruşub.
Almaxanım isə hələ seçim etmədiklərini bildirib. Elcansa onlara növbəti səfərlərini Afrikaya etməyi məsləhət görüb.
Almaxanımın cavabı isə gülüş doğurub: “Yox ee, orada ac qalarıq. Biz gərək yaxşı yemək olan yerlərə gedək”.
Ziyafət Əlisoy
















