• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ordu “Həyəcan” siqnalı ilə ayağa qaldırıldı - RƏSMİ

CƏMİYYƏT

09 Fevral 2023 | 17:05

Ordu “Həyəcan” siqnalı ilə ayağa qaldırıldı - RƏSMİ

Bu ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar keçirilən praktiki məşğələlər uğurla icra olunur.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılan bölmələr təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.

Raket və Artilleriya Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bölmələri qarşılıqlı əlaqədə döyüş tapşırıqlarının icrası üzrə fəaliyyətləri praktiki yerinə yetiriblər.

Qoşunların döyüşə hazırolma qabiliyyətinin daha da inkişafı, eləcə də bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.


Ordu “Həyəcan” siqnalı ilə ayağa qaldırıldı - RƏSMİ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR