Bu il ABŞ-da 96-cı dəfə keçirilən “Oskar” mükafatlarının təqdimetmə mərasimində iştirak edən bir çox sənətçi “Qəzzada atəşkəs” tələbini simvolizə edən qırmızı broşlarla salona gəlib.
Bakıvaxtı.az xəbər verir ki, onların arasında Rami Youssef, Mark Ruffalo və Billie Eilish də daxil olmaqla bir çox məşhurlar yer alıb.
Mərasimin Qəzzaya dəstək nümayişi səbəbindən bir qədər gec başlayıb.
Məşhur aktyor Rami Youssef mükafatlandırma mərasimindən əvvəl mətbuata açıqlama verərək qeyd edib: "Qəzzada dərhal və daimi atəşkəsə çağırırıq. Fələstin xalqına sülh və daimi ədalət çağırırıq. Gəlin bu müharibənin bir parçası olmayaq".
O, Qəzzada atəşkəsə ümidli olduğunu da dilə gətirib.
Qeyd edək ki, mərasimdə “Oppenheimer” “Ən yaxşı film” mükafatını, filmin rejissoru Kristofer Nolan isə "Ən yaxşı rejissor" mükafatını alıb.
Günəş Mərd
















