• Bakı 25° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Ötən gün toyda 2 nəfər cərimələndi

CƏMİYYƏT

06 Yanvar 2022 | 10:43 | Müəllif: Subhan Mahmudov

Ötən gün toyda 2 nəfər cərimələndi

Yanvarın 5-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 83 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, monitorinq 82 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 3 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026