• Bakı 26° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.9379

    RUB - 2.1492

Ötən həftə 889 ha ərazi minalardan təmizlənib

CƏMİYYƏT

10 Iyun 2025 | 14:44

Ötən həftə 889 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə iyunun 2-dən 9-na qədər 16 tank əleyhinə mina, 52 piyada əleyhinə mina, 129 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 889.2 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.


SON XƏBƏRLƏR

10 Iyun 2025