• Bakı 27° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Fasiləli orucun zərərləri

CƏMİYYƏT

10 Iyul 2025 | 14:41

Fasiləli orucun zərərləri

Fasiləli oruc tutmağın zərərləri məlum olub.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, nəzarətsiz aralıq oruc tiroid və cinsi hormonların istehsalının azalmasına, zəifliyə, yorğunluğa, konsentrasiya problemlərinə, vitamin və mineral çatışmazlığına, susuzluğa və anemiyaya səbəb ola bilər.

Qeyd olunub ki, hamiləlik və ana südü ilə qidalanma, xroniki stress, aşağı bədən çəkisi, qanda protein səviyyəsinin aşağı olması, dəmir çatışmazlığı, mədə-bağırsaq və böyrək xəstəlikləri, şəkərli diabet, ürək-damar patologiyası zamanı fasilələrlə oruc tutmaq olmaz.

Bundan əlavə bildirilib ki, bu pəhriz uşaqlar və yaşlılar, həmçinin qidalanma pozğunluğu olan və yaxınlarda əməliyyat keçirən insanlar üçün qadağandır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

10 Iyul 2025