• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ötən il Azərbaycanda 31 747 abort qeydə alındı

CƏMİYYƏT

25 Oktyabr 2023 | 11:10

Ötən il Azərbaycanda 31 747 abort qeydə alındı

Ötən il Azərbaycanda ümumi abortların sayı 31 747 olub.

Bakıvaxtı.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, ailələrdə hökm sürən cinsi ayrı-seçkiliklə müşayiət olunan digər problemlərdən biri də uşaqların doğulandək cins seçiminə məruz qalmasıdır.

"2022-ci il üzrə doğumu qeydə alınmış 122 846 nəfərdən 64 940-ı oğlan, 57 906-sı isə qızdır. Cinslər arasındakı fərq 7034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir. 2022-ci il ərzində ümumi abortların sayı 31747-dir (ilkin rəqəmdir), 2021-ci ildə bu rəqəm 46877 olub", - Dövlət Komitəsinin məlumatında bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026