Özbəkistan prezidenti Şavkat Mirziyoyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə dekabrın 25-26-da keçiriləcək MDB və Aİİ sammitlərində iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfər edəcək.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sammitlərin gündəliyinə çoxtərəfli birliklər çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin aktual məsələləri daxildir.
"Ölkəmizin rəhbəri Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə və Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasının tədbirlərində müşahidəçi statusunda iştirak edəcək. Sammitlər çərçivəsində birgə işlərin əsas nəticələrinə yekun vurulacaq, 2025-ci ildə praktiki qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri üzrə fikir mübadiləsi aparılacaq", - məlumatda qeyd olunub.
Gülşən Şərif