• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

PA rəsmisindən Xankəndi-Ağdam yolu AÇIQLAMASI

SİYASƏT

10 Sentyabr 2023 | 00:44 | Müəllif: Subhan Mahmudov

PA rəsmisindən Xankəndi-Ağdam yolu AÇIQLAMASI

Bu gün Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq yükü Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə razılaşdırılaraq Ağdam-Əsgəran yolu ilə Xankəndi istiqamətində gedəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Bu, ayrıca sövdələşmədir və o demək deyil ki, Laçın-Xankəndi yolu eyni vaxtda açılır.

Azərbaycan sentyabrın 1-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə xoş niyyətli jest kimi razılığını bildirdi. Lakin qanunsuz rejim bundan imtina etdi.

Laçın buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd nəzarəti rejiminə əməl edilməlidir", - PA rəsmisi qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026