Cənub-qərbdəki Bəlucistan əyalətində minalanmış avtomobilin partlaması nəticəsində ən azı üç Pakistan əsgəri şəhid olub, üçü yaralanıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ziarat bölgəsində hərbçilərin girovları azad etmək əməliyyatı zamanı baş verib. Partlayış nəticəsində Pakistan ordusunun bir mayoru və iki əsgəri yerindəcə ölüb, yaralılar xəstəxanaya yerləşdirilib.
Millətçi və separatçı qrupların fəallaşması nəticəsində Bəlucistanda vəziyyət son aylarda kəskinləşib.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















