Pandemiyadan sonra bu gün Bakıdan Batumiyə ilk uçuş həyata keçirilib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə Acarıstan Turizm Departamenti məlumat yayıb. Bildirilib ki, “Buta Airways” tərəfindən həyata keçirilən aviareyslə Azərbaycandan 100-ə yaxın sərnişin Batumi Beynəlxalq Hava Limanına gəlib.
















