• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Bu işə rəhbərlik edənləri əlil arabasına oturdub... - Düzgün quraşdırılmayan panduslar kimə lazımdır?

CƏMİYYƏT

27 Avqust 2024 | 10:22

Bu işə rəhbərlik edənləri əlil arabasına oturdub... - Düzgün quraşdırılmayan panduslar kimə lazımdır?

 “Bu şəkilləri Bakının mərkəzində çəkmişəm. Bunları guya uşaq arabaları, əlil arabaları üçün düzəldiblər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Niderlandda yaşaqan azərbaycanlı jurnalist Vüqar Abbasov sosial şəbəkədə paylaşıb.

“Əlimdə imkanım ola bunları düzəldənləri, bu işə rəhbərlik edənləri əlil arabasına oturdar və məcbur edərəm ki, aşağı düşüb, sonra da yuxarı çıxsınlar. Amma məsələ burasındadır ki, aşağı düşsələr, yuxarı çıxa biləcəklərinə şübhə edirəm”, - deyə soydaşımız bildirib.

Qeyd edək ki, bu məsələ zaman-zaman gündəmə gəlir və insanlar pandusların düzgün quraşdırılmamasından narazılıqlarını bildirirlər.

Əslində panduslar necə quraşdırılmalıdır?

Aslan Əsədov, nəqliyyat eksperti

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, hər hansı bir pandusun hazırlanması üçün mütləqdir ki, orada maliyyə olsun və maliyyə yüksək olduqda pandusun keyfiyyəti, onun texniki parametrləri uyğun olur.

A.Əsədovun sğzlərinə görə, müxtəlif piyada keçidləri var ki, həmin piyada keçidlərinin hazırlanmasında panduslar şəhər nəqliyyyatının ayrılmaz hissəsi olaraq bütün insanların bərabər keçidliyini təmin etmək üçün inşa edilir:

“Amma pandusun özünün mailliyi, hündürlüyü olmalıdır ki, əlil arabası onu hərəkətə gətirəcək insan və ya mexaniki vasitə ilə oranı çıxa bilsin. Burada məsələ arabaların qalxması ilə bağlıdır”.

Ekspert qeyd edib ki, mümkün olan belə hündür ərazilərdə imkan daxilində liftlər olarsa, daha yaxşı olar:

“Əgər elə bir şərait yoxdursa, pandusun mailliyini daha da az etmək üçün, daha az hündürə çıxıb-düşmək üçün, müəyyən dərəcədə pandusun sürətlənməsini azaltmaq üçün müxtəlif materiallardan istifadə etmək olar ki, pandusla düşən adam yıxılmasın. Amma bu, faktiki olaraq mümkün olmadıqda insanlar əziyyət çəkirlər”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026