• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Papa olmaq üçün ən şanslı namizəd odur

CƏMİYYƏT

22 Aprel 2025 | 17:03

Papa olmaq üçün ən şanslı namizəd odur

Polşalı bukmekerlərin fikrincə, yeni Roma Papası olmaq üçün Filippindən olan kardinal Luis Antonio Tagle (67 yaş) daha çox şansa malikdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

O, Asiyada Roma katolik kilsəsinin mütərəqqi qanadının nümayəndəsidir.

İkinci yerdə İtaliyadan olan Pyetro Parolin (70 yaş, italyan, 2013-cü ildən bəri Müqəddəs Taxtın dövlət katibi), üçüncü yerdə isə Qvineyadan olan Robert Sara gəlir.

Bu arada “Polymarket” blokçeyn platforması yeni Roma Papasının kim olacağına dair mərcləri qəbul etməyə başlayıb. Kriptovalyuta investorlarının fikrincə, bu yarışın favoriti Parolindir. Platformanın istifadəçilərinin 34 %-i kardinalların məhz onu seçəcəyini mərc edir.
Qeyd edək ki, Papanın ölümündən və ya istefasından sonra kardinalların Vatikana gəlməsi üçün 2-3 həftə vaxt verilir. Müəyyən bir gündə Sikstin kapellasında səs vermək hüququ olan 138 kardinal toplanır.

Onlar pontifikin seçimi haqqında sirri qorumağa and içir, bundan sonra səsvermə keçirilir. Səslərin üçdə ikisini toplayan qalib gəlir.

Xatırladaq ki, aprelin 21-də vəfat edən Roma Papası Fransiskin dəfn mərasimi aprelin 26-da keçiriləcək. Müqəddəs Taxtın mətbuat xidmətinin dünən yayımladığı rəsmi tibbi hesabatda Fransiskin koma və ürək dayanmasına səbəb olan insult keçirdiyi bildirilir.


SON XƏBƏRLƏR