• Bakı 23° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Paris-2024": İki güləşçimizin rəqibi müəyyənləşib

İDMAN

08 Avqust 2024 | 17:48 | Müəllif: Əli Hüseynov

"Paris-2024": İki güləşçimizin rəqibi müəyyənləşib

Paris-2024 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarının ikinci gününün püşkü atılıb.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan güləşçilərinin də rəqibləri bəlli olub.

74 kq çəkidə çıxış edən Turan Bayramov albaniyalı Çermen Valiyevlə görüşəcək. 125 kq çəkidə mübarizə aparan Giorgi Meşvildişvili isə Diaeldin Abdelmottaleblə (Misir) qarşılaşacaq. Hər iki güləşçimiz yarışa 1/8 finaldan başlayacaq.

Qeyd edək ki, bu iki çəkidə yarışa sabah start veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026