Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.
Bakıvaxtı.az xəbər verir ki, yarışların yarımfinal mərhələsində mübarizə aparan Maqomedxan Maqomedov (97 kq) növbəti dəfə döşək üzərinə çıxıb.
Onun bu dəfəki rəqibi gürcüstanlı Gigi Maçaraşvili olub.
Rəqibinə 0:5 hesabı ilə məğlub olan idmançımız finala vəsiqə qazana bilməyib.
O, sabah bürünc medal uğrunda görüşə çıxacaq.
***15:55
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Bakıvaxtı.az xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşıb.
Təmsilçimiz 7:2 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib. M.Maqomedov yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
***
13:30
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Bakıvaxtı.az xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.
Görüş təmsilçimizin 9:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.







jpg-1725889027.webp)



jpg-1725884032.webp)



