• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Parklanmaya görə ödənişi bu qurumlar yığacaq

CƏMİYYƏT

29 Iyul 2023 | 12:58

Parklanmaya görə ödənişi bu qurumlar yığacaq

Azərbaycanda dövlət parklanma yerlərindən daxil olan vəsaitləri toplayan qurumlar müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası"nda göstərilib.

Qaydaya görə, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Daxili İşlər Nazirliyinin Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində açılmış büdcədənkənar vəsaitlər üzrə xüsusi xəzinə hesabına yığılır.

Həmin qaydanın digər bəndində isə göstərilir ki, Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bank hesabına yığılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026