"Bundan sonra Milli Məclisin komitə iclasları aprel ayından davamlı olaraq keçiriləcək".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq iki komitənin iclası keçirilib. "Bundan sonra keçiriləcək komitə iclaslarının qrafiki müəyyən edilib. İclaslar "Şuşa ili" çərçivəsində Azərbaycan Prezidentinin sərəncamı əsasında keçirilir" -spiker qeyd edib.
Nuranə Daxilqızı
















