• Bakı 21° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Paşinyan aprelin sonunda istefa verəcək

DÜNYA

05 Aprel 2021 | 15:09

Paşinyan aprelin sonunda istefa verəcək

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin sonunda istefa verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hakim "Mənim addımım" parlament fraksiyasının rəhbəri Lilit Makunts deyib.

Onun sözlərinə görə, istefa günü hələ dəqiqləşdirilməyib, lakin bu, ayın sonunda baş verəcək. Makuntsun qeyd edib ki, hakim qüvvənin seçki siyahısı may ayına qədər tərtib olunmayacaq.

"İlk yerdə kim olacağı mənə məlumdur, amma son qərarı “Vətəndaş razılaşması” verəcək. Ümumi siyahının tərkibinə gəlincə, bu məsələni may ayına qədər müzakirə etməyəcəyik”.

Makunts siyahıda yeni adların olacağını da istisna etməyib.

Xatırladaq ki, 18 martda baş nazir Nikol Paşinyan Ermənistanda 20 iyun tarixində erkən parlament seçkilərinin keçiriləcəyini bəyan edib.(azvision.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026