• Bakı 14° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Paşinyan əleyhdarları Koçaryanla görüşdü

DÜNYA

19 Sentyabr 2022 | 16:28

Paşinyan əleyhdarları Koçaryanla görüşdü

Bir neçə gün əvvəl İrəvanda parlament binası önündə Baş nazir Nikol Paşinyana qarşı aksiya təşkil edən ermənilər hazırda paytaxtda ölkənin sabiq Prezidenti Robert Koçaryanla görüş keçirir. 

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə məlumatı “News.am” yayıb. 

Məlumata görə, görüş aksiya iştirakçılarının istəyi əsasında baş tutub. Görüş mətbuata qapalı şəkildə keçirilir. 

Xatırladaq ki, ötən həftə Ermənistan parlamentinin binası önündə Nikol Paşinyana qarşı aksiyalar keçirilib. Aksiya iştirakçıları Paşinyana qarşı impiçment prosedurunun başladılmasını tələb ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR