Ermənistan prezidenti Armen Sarkisyan Arakel Martikyanın Silahlı Qüvvələrin Baş Kəşfiyyat İdarəsinin rəisi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Arayik Arutyunyan Silahlı Qüvvələr Baş Kəşfiyyat İdarəsinin rəisi, Ermənistan Baş Qərargahının rəis müavini vəzifəsinə təyin edilib. Ermənistan Silahlı Qüvvələrinin ikinci ordu korpusunun komandiri vəzifəsindən azad edilib.
Fərmanlar Ermənistanın baş naziri Nikol Paşinyanın təklifi ilə imzalanıb.
Tərcümə şöbəsi


jpg-1628597751.jpg)













