• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Paşinyan indi də “qaçqın məsələsi” ilə siyasi alver edir

SİYASƏT

24 Oktyabr 2023 | 10:01 | Müəllif: Qalib İbrahimoğlu

Paşinyan indi də “qaçqın məsələsi” ilə siyasi alver edir

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan könüllü köçən ermənilərdən danışıb. Baş nazir vurğulayıb ki, Qarabağdan köçənlər üçün yeni maliyyə yardımı proqramına başlanılacaq və uzunmüddətli mənzil təminatı məsələləri müzakirə olunacaq.

Ancaq Paşinyan Qarabağdan öz xoşu ilə getmiş erməniləri "məcburi köçkün", "zorla çıxarılmış qaçqın" və s. adlandırır. İrəvan hökuməti ermənilərlə bağlı məsələni daimi beynəlxalq qurumlarda qaldırmağa və rəsmi Bakıya təzyiq göstərilməsinə çalışır.

Politoloq Həsrət Rüstəmovun Bakıvaxtı.az-a dediyinə görə, Xankəndidən ermənilərin kütləvi köçməsinin əsas səbəbi odur ki, onların əksəriyyəti orada sonradan məskunlaşmış və işğaldan əvvəl Azərbaycana heç bir aidiyyəti olmayan insanlardır.

Ekspert diqqətə çatdırıb ki, Xankəndidə yaşayan ermənilər bilirdilər ki, onları qeyri-qanuni məskunlaşdırıblar və buna görə Azərbaycan vətəndaşlığını almaq heç də asan olmayacaq: "Digər qisim isə Azərbaycan ərazilərinin işğalında və insanlarımıza qarşı cinayətlərdə bu və ya digər dərəcədə iştirak etmiş adamlardır. Faktiki olaraq onları gözləyən haqlı cəzadan qorxub qaçdılar. Nikol Paşinyan "qaçqın məsələsi" ilə siyasi alver etmək və mümkün qədər çox beynəlxalq maliyyə yardımı almağa çalışır”.

Müsahibimiz qeyd edib ki, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların vaxtilə öz doğma vətənindən didərgin salınan həmvətənlərimizə olan susqun münasibətdən fərqli olaraq Xankəndidən könüllü köç edən ermənilərə göstərdiyi canfəşanlıq siyasi riyakarlıqdır: “Çünki insan hüquqları məsələsini özünə prioritet seçən qurum milli və dini mənsubiyyətə görə insanlara bu cür fərqli münasibət bəsləməməlidir. Azərbaycan bu məsələdə haqlı mövqeyini təkrar-təkrar bildirməkdən, həqiqətləri dünyaya çaydırmaqdan yorulmamalı, ardıcıl diplomatik və siyasi səylər etməlidir".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026