• Bakı 13° C

    9.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Paşinyan öz hökumətini qurur

SİYASƏT

03 Avqust 2021 | 16:21

Paşinyan öz hökumətini qurur

Ermənistan prezidenti Armen Sarkisyan baş nazir müavininin və 6 nazirin təyin edilməsi ilə bağlı fərmanlar imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Mqer Qriqoryan baş nazirin müavini postunu saxlayıb. Vahan Kerobyan iqtisadiyyat naziri olaraq qalıb. Təhsil, Mədəniyyət, Elm və İdman Nazirliyinin rəhbəri Vahram Dumanyan, fövqəladə hallar naziri Andranik Piloyan və Səhiyyə Nazirliyinin rəhbəri Anahit Avanesyan da vəzifələrini qoruyublar.

Keçmiş Ombudsman Karen Andreasyan Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsinə təyin edilib. 2020-ci ilin noyabr ayında İqtisadiyyat naziri vəzifəsini tərk edən Tigran Xaçatryan maliyyə naziri təyin edilib.

Xatırladaq ki, avqustun 2 -də Ermənistan prezidenti Nikol Paşinyanın ölkənin baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR