Türkiyə Xarici İşlər Nazirliyi dünən ikitərəfli və regional problemləri müzakirə etmək üçün Misirin diplomatik nümayəndə heyətini 7 və 8 sentyabr tarixlərində Ankaraya dəvət etdiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, iki ölkə arasındakı münasibətləri bərpa etmək məqsədi daşıyan diplomatik danışıqların ikinci turu olacaq səfərə Misir və Türkiyə xarici işlər nazirlərinin müavinləriHəmdi Loza və Sedat Önal rəhbərlik edəcək.
Qeyd edək ki, 2013-cü ildən bəri Türkiyə ilə Misir arasında ilk diplomatik danışıqlar bu il mayın 5-6-da Qahirədə keçirilib. Türkiyə XİN bu danışıqların səmimi şəraitdə keçdiyini bildirərək, əhəmiyyətli olduğunu qeyd edib.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















