• Bakı 13° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Paşinyan Qazaxıstana səfər edəcək

DÜNYA

30 Yanvar 2023 | 12:26

Paşinyan Qazaxıstana səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Paşinyan Avropa İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının Almatı şəhərində keçiriləcək iclasında iştirak edəcək.

Qeyd olunub ki, Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 2-də Qazaxıstana yola düşəcək.

Həmçinin o da əlavə olunub ki, AİB üzv olan bütün ölkələrin hökumət başçıları keçiriləcək iclasda iştirak edəcək.

Fevralın 2-3-də EMPS-in növbəti iclası və rəqəmsallaşma üzrə “Digital Almatı: “Rəqəmsal tərəfdaşlıq yeni reallıqda” beynəlxalq forumu keçiriləcək.

Xatırladaq ki, AİB Hökumətlərarası Şurasının sonuncu iclası ötən ilin 20-21 oktyabr tarixlərində İrəvanda baş tutub.


SON XƏBƏRLƏR

16 Aprel 2024