• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Paşinyan Rusiya səfərindən öncə nədən separatçılarla görüşüb?

SİYASƏT

19 Aprel 2022 | 12:06 | Müəllif: Qalib İbrahimoğlu

Paşinyan Rusiya səfərindən öncə nədən separatçılarla görüşüb?

“Nikol Paşinyan Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşdən bir gün əvvəl İrəvanda Qarabağ separatçılarının lideri Araik Arutunyanla və separatçıların “Təhlükəsizlik Şurasının sədri” Vitaliy Balasanyanla görüşüb. Rusiya və Ermənistan saytlarının məlumatına görə, Araik Arutunyan Paşinyandan tələb edib ki, Ermənistanın baş naziri “Qarabağın müstəqillik” mövqeyindən geri çəkilməsin”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxn Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Nikol Paşinyan adətən səfərlərdən sonra Qarabağ separatçılarının lideriylə görüşüb onların mövqeyini nəzərə aldığını söyləyərdi: “Bu dəfə isə Paşinyan səfərdən əvvəl separatçıların lideri ilə görüşüb. Paşinyan Rusiyaya səfər etmədən əvvəl nədən separatçılarla görüşüb? Axı, Qarabağla bağlı aralarında fikir ayrılığı var. Görünür, Paşinyan bu yolla xarici auditoriyaya mesaj göndərmək istəyir ki, onu Azərbaycanla sülhün əldə edilməsi məsələsində çox sıxmasınlar, çünki Qarabağ separatçıları ona təzyiq edir".

Politoloqa görə, Brüssel Paşinyana öz sözünü deyib: “Azərbaycanın ərazi bütövlüyünü tanı, Qarabağla bağlı “status” tələbindən əl çək”.

E.Şahinoğlunun fikrincə, Moskva da Paşinyana eynisini desə, məsələni bitmiş hesab etmək olar: "Ancaq Kremlin gərgin münasibətlərdə olduğu Brüsselə eynisini deyəcəyi ehtimalı azdır”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR