İspaniyanın paytaxtı Madriddə növbəti "Trashumancia Festivalı" keşirilib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, orta əsr ənənələrindən biri olan bu festivalda 1200 qoyun və 200 keçi çobanları ilə birlikdə şəhərin küçələrindən keçib.
Yaylaqdan qoyunların payızda kəndlərə qaytarılmasını nəzərdə tutan "Trashumancia Festivalı" heyvandarlığı təşviq etmək və həmin gün çobanlara hörmət məqsədi daşıyır.

Madridin şəhər mərkəzindəki əhəmiyyətli meydanlarda həyata keçirilən xırdabuynuzlu heyvanları görmək istəyən paytaxt sakinləri və turistlər çoban ailələrinin yerli geyimlərində mahnı oxuyub rəqs etmələrini alqışlarla dəstəkləyiblər.

Madrid Bələdiyyəsi məlumat verib ki, builki tədbirin əsas mövzusu biomüxtəlifliyə fayda verən və iqlim dəyişikliyi ilə mübarizə aparan belə geniş heyvanların otarılması və ekoloji dəhlizlərin müdafiəsidir. Qeydlərə görə, ilk "Trashumancia" 923-cü ildə Madriddə başlasa da, 1273-cü ildə Çobanların Fəxri Şurasının yaradılması ilə rəsmiləşib və 1994-cü ildən etibarən bayram olaraq ictimaiyyətlə qeyd olunur. Orta əsr ənənəsində çobanlar qoyunlarını şəhərdən keçirmək üçün yerli hakimiyyət orqanlarına rüsum ödəyirdilərsə, indi bu, simvolik olaraq merlərə edilir.
Aytac Aslan







jpg-1669188136.webp)


jpg-1669187406.webp)





