• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Paytaxtda oğul atasını qətlə yetirdi

HADİSƏ

09 Iyul 2023 | 09:25 | Müəllif: Subhan Mahmudov

Paytaxtda oğul atasını qətlə yetirdi

İyulun 9-u saat 02 radələrində paytaxtın Nizami rayonunda yerləşən evlərin birində 1968-ci il təvəllüdlü Yusifli Rəsul Xanmirzə oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Nizami Rayon Prokurorluğundan bildirilib.

İlkin araşdırma zamanı 1993-cü il təvəllüdlü Pərvin Yusifovun aralarında yaranmış mübahisə zamanı atası Rəsul Yusifovu bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərvin Yusifov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026