• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Dənizdə batan 3 nəfərdən ikisi xilas edildi

HADİSƏ

07 Avqust 2023 | 19:00 | Müəllif: Subhan Mahmudov

Dənizdə batan 3 nəfərdən ikisi xilas edildi

Lənkəranda dənizdə batan 3 nəfərdən ikisi xilas edilib.

Bakıvaxtı.az xəbər verir ki, Lənkəran rayonunun Sütəmurdov kəndində nəzarətsiz ərazidə 3 nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.Dərhal əraziyə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilasediciləri cəlb olunub. Görülən tədbirlər nəticəsində Lerik rayon Ambu kənd sakinləri 16 yaşlı Asiman Quluzadə və 22 yaşlı Sadiq Cavad oğlu Rufullayev xilas edilərək aidiyyəti üzrə təhvil veriliblər.

Hazırda üçüncü şəxsin - Lerik rayonunun Bırkandul kənd sakini İsa Teyyub oğlu Əliyevin axtarışları davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026