ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosi həbs oluna bilər.
Bakıvaxtı.az “Associated Press”ə istinadən xəbər verir ki, o, içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün mühakimə olunur.
Hadisə may ayında Şimali Kaliforniyada baş verib. P. Pelosinin idarə etdiyi “Toyota” markalı avtomobil “Jeep”lə toqquşub. Prokurorluqda “Jeep” sürücüsünün aldığı xəsarətlər səbəbindən insidenti kiçik qanun pozuntusu kimi dəyərləndiriblər.
82 yaşlı Pelosinin günahkar olduğu təsdiqlənərsə, onu ən azı 5 gün həbs və 5 ilədək sınaq müddəti gözləyir.
Qəzadan sonra həbs olunan Pelosi 5 min dollar girov müqabilində sərbəst buraxılıb. O, son məhkəmə iclasında şəxsən iştirak etməyib.
















