• Bakı 20° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Pensiya artımı kimlərə şamil olunacaq? –  AÇIQLAMA

CƏMİYYƏT

24 Dekabr 2021 | 16:34

Pensiya artımı kimlərə şamil olunacaq? –  AÇIQLAMA

Milli Məclisdə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat müəyyən olunub.

Bu, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, iqtisadçı-ekspert Qubad İbadoğlu əmək pensiyasının minimum məbləği ilə bağlı qanuna edilən dəyişikliyi şərh edib.

O bildirib ki, bu artım heç də bütün əmək pensiyaçısı olan şəxslərın hamısına şamil edilmir. 

“Birincisi, pensiyaların minimum məbləğinin 200 manatdan 240 manata qaldırılması o deməkdir yalnız 240 manatdan az olan pensiyalar artacaq. Yəni kimlərsə hazırda 200 manat alırdısa onun pensiyası gələn ildən 40 manat, kimlərsə 210 manat alırdısa onun pensiyası 30 manat, kimlərsə 225 manat alırdısa onun pensiyası 15 manat, kimlərsə 239 manat alırdısa onun pensiyası 1 manat artacaq.  Kimlərsə 240 manat və ondan da yuxarı pensiya alırdısa, onun pensiyası artmayacaq.

İkincisi, bütün pensiyalar gələn ildən  orta aylıq nominal əmək haqqının 2021-ci ildəki artım tempinə uyğun olaraq indeksləşdiriləcək. Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin 11 ayında bu  göstərici  2,6 faizdir. İlin son 1 ayındakı artımı da nəzərə alsaq bu rəqəm 3 faizə çata, amma azala da bilər. Bu barədə məlumat yanvarın ikinci yarısında bəlli olacaq. Prezident də fevralın əvvəlində yanvarın 1-dən pensiyaları bu göstərici əsasında indeksləşdirilməsinə sərəncam verəcək. Nikbin ssenari üzrə hesab edək ki, 2021-ci ildə  orta aylıq nominal əmək haqqının artım tempi 3 faizə çatacaq. Onda pensiyalar 3 faiz səviyyəsində artırılacaq. Yəni kimlərsə 250 manat pensiya alırsa onun pensiyası 7 manat 50 qəpik, kimlərsə 300 manat alırsa onun pensiyası 9 manat, kimlərsə 350 manat alırsa onun pensiyası 10 manat 50 qəpik, kimlərsə 400 manat alırsa onun pensiyası 12 manat artacaq.  Hətta rəsmi inflyasiya səviyyəsi orta aylıq nominal əmək haqqının artım tempindən 2,5 dəfə çox olmasına  baxmayaraq indeksləşdirmənin  orta aylıq nominal əmək haqqınının artım tempi bazasında aparılması hazırda qiymətlərin və tariflərin bahalaşdığı dövrdə sosial ədalətsizlikdir. Adətən  sivil ölkələrdə indekslərdirmə rübdə 1 dəfə inflyasiya səviyyəsinə görə aparılır, Azərbaycanda isə indeksləşdirmə ildə 1 dəfə  orta aylıq nominal əmək haqqının  artım tempinə görə həyata keçirilir”, - deyə Q.İbadoğl bildirib.

Ekspertin sözlərinə görə, minimum əmək haqqının gələn ildən 200 manatdan 240 manata qaldırılması o deməkdir ki,  minimum məbləğdən çox pensiya hüququ əldə etmək üçün tələb olunan sığorta kapitalı 28800 manatdan 34560 manata qalxır: “Bu isə pensiya  yaşı çatanları  3 qrupa böləcək.

1.Pensiya yaşına çatan şəxslərin 2006-cı ildən sonra  yığılmış sığorta kapitalı 34560 manat və ondan azdırsa  olanlara minimum məbləğdə - 240 manat pensiya veriləcək.

 2. Pensiya yaşına çatan,  lakin sığorta kapitalı heç olmayanlara 180 manat yaşa görə müavinət ödəniləcək.

3. Pensiya yaşına çatan 34560 manatdan çox sığorta kapitalına malik olanlar 240 manatdan çox pensiya alacaqlar”.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

06 May 2025