Peruda sərnişin mikroavtobusunun 220 metrlik uçuruma düşməsi nəticəsində 10 nəfər ölüb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin cənubunda, Cuyo bölgəsində Culiaca-Sandia yolunda sərnişin mikroavtobusu idarəetməni itirərək 220 metrlik uçuruma düşüb.
Qəzada 10 nəfər hadisə yerində ölüb, 4 yaşlı uşaq isə ağır xəsarətlərlə mikroavtobusdan çıxarılıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və axtarış-xilasetmə qrupları cəlb olunub.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Əli Hüseynov