• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Pfizer" vaksini üçün niyə növbələr yaranır? - AÇIQLAMA

CƏMİYYƏT

07 Iyul 2021 | 12:48

"Pfizer" vaksini üçün niyə növbələr yaranır? - AÇIQLAMA

Pfizer vaksininin vurulması Azərbaycanda sadəcə 2 mərkəzdə həyata keçirildiyindən növbələr yaranır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tibb elmləri dokdoru, millət vəkili Rəşad Mahmudov bildirib.

Onun sözlərinə görə, Pfizer m-RNA texnologiyalı vaksin olduğundan soyuq zəncirləmə sistemində təhlükəsizlik tam yüksək səviyyədə təmin edilməlidir:

"Bunu ölkəmizə hələ ki, 2 mərkəzdə həyata keçirə bilirik. Söhbət vaksinin təkcə ölkəmizə gətirilməsindən getmir. Bu növ vaksinlərin -76 dərəcəli soyuq zəncirləmə sistemində saxlanılmasında texnologiya ilə yanaşı insan resursuna da ehtiyac var. Yaxın gələcəkdə bu mərkəzlərin sayının artırılması ilə bağlı lazımi addımlar atılır. Amma hər kəsə məlumdur ki, bu gün hər 4 vaksinin ölkəmizdə istifadəsi ilə əlaqədar könüllülük prinsipi içərisində vaksinləmə həyata keçirilə bilər".(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026