• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Pirallahıdakı təhlükə aradan qaldırıldı - VİDEO

HADİSƏ

06 Yanvar 2024 | 16:11 | Müəllif: Subhan Mahmudov

Pirallahıdakı təhlükə aradan qaldırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyin “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Bakı şəhərinin Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, bina 4 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması və sakinlər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub. 

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib. 

Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi texnikanın köməkliyi ilə dam örtüyünün asılı vəziyyətdə qalmış hissəsini kəsib götürərək təhlükəni aradan qaldırıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR